ABŞ Ukraynada sərhəd probleminin həlli edilməsi üçün demilitarizasiya zonasının yaradılmasını təklif edib.
Medialive xəbər verir ki, bu barədə The Washington Post (WP) məlumat yayıb.
Məlumata görə, planlaşdırılan demilitarizasiya zonasının bütün gələcək atəşkəs xətti boyunca uzanması, ondan kənarda isə ağır silahların istifadəsinin qadağan olunduğu geniş ərazinin olması gözlənilir.
Nəşr qeyd edib ki, Vaşinqtonun Kiyevə göndərilən üç sülh planı sənədində əksini tapdığı ssenari məhz budur.
Qəzetdə vurğulanıb ki, belə bir ciddi nəzarət zonasının yaradılması planı mövcud “Koreya modeli”nə bənzəyir.
Qeyd edək ki, noyabrda Vaşinqton Ukrayna üçün 28 bəndlik sülh planı təklif edib. Sənəd Kiyevi və onun avropalı tərəfdaşlarını qəzəbləndirib və onlar sənədə düzəlişlər etməyə cəhd ediblər.
Dekabrın 3-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff və Trampın kürəkəni Cared Kuşner arasında görüş baş tutub.
Dekabrın 8-də Volodimir Zelenski Avropa liderləri ilə görüşü zamanı hazırlanmış sülh planının yeni versiyasının ABŞ-yə təqdim ediləcəyini açıqlayıb.
O, həmçinin iddia edib ki, plan 28 bənddən 20-yə endirilib və ərazi məsələsində hələ kompromis əldə olunmayıb.




















