Amerika və Ukrayna tərəfləri Berlində danışıqları davam etdiriblər.
Medialive xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat yayıb.
Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff və Donald Trampın kürəkəni Cared Kuşner görüşüblər.
Danışıqların heç bir təfərrüatı açıqlanmayıb.
Qeyd edək ki, dekabrın 14-də Berlində Ukraynadakı münaqişənin həlli ilə bağlı Amerika və Ukrayna nümayəndə heyətləri arasında görüş keçirilib.




















