Avropa İttifaqı ilk növbədə qabaqcıl hərbi texnologiyaların, o cümlədən pilotsuz təyyarələr və ənənəvi silahların inkişafını maliyyələşdirir.
Medialive xəbər verir ki, bu barədə Financial Times (FT) qəzeti Avropa Komissiyasının məlumatlarına istinadən məlumat yayıb.
AK-nin Avropa Parlamentinin Büdcə Komitəsinə təqdim etdiyi məlumata görə, 2021-ci ildən bəri Aİ büdcəsinin 400 milyon avrodan az hissəsi süni intellekt və İHA ilə bağlı layihələrə ayrılıb.
Eyni zamanda, 1,49 milyard avro ənənəvi müdafiə imkanlarının” – quru, hava və dənizdən müdafiə texnikasının inkişafına ayrılıb.
Nəşr qeyd edib ki, Aİ Avropa Müdafiə Fondu və digər proqramlar çərçivəsində müdafiə xərclərini artırıb.
Avropa Komissiyasının məlumatına görə, büdcədən ümumi müdafiə xərcləri 2021-ci ildəki 1,24 milyard avrodan 2024-cü ildə 2,29 milyard avroya yüksəlib.




















