“Avropa liderləri Ukraynadakı vəziyyətin həlli ilə bağlı Rusiya ilə dialoqdan imtina edib, Rusiya müharibəni bitirməməyin bədəlini ödəyir”.
Medialive xəbər verir ki, bu fikirləri “Sciences Po”nun dosenti və Jak Delors İnstitutunun elmi işçisi Siril Bret deyib.
Onun sözlərinə görə, avropalıların Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlarda təsir imkanları çox azdır.
“Onlar hazırda müşahidəçi rolunu oynayaraq öz barışmazlıqlarının bədəlini ödəyirlər” – deyə ekspert bildirib.
Ekspert bildirib ki, planlar artıq işlənib hazırlandıqdan sonra Rusiyaya göndərilir.
Qeyd edək ki, noyabrın 24-də Avropanın “Politico” nəşrinə danışan avropalı rəsmilər və diplomatlar Aİ3-ün Ukraynadakı münaqişənin həlli planını əhəmiyyətsiz hesab edərək rədd ediblər.




















