“Mən Samvel Karapetyanın həyat yoldaşına və qızına dəstəyimi bildirirəm, çünki ər həbsdə, qəhrəmanlıq izzətində ikən həyat yoldaşı bundan min dəfə çox əziyyət çəkir. Atalar isə qızlarının nə qədər sevdiyini yaxşı bilirlər”.
Medialive xəbər verir ki, bu barədə Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Facebook səhifəsində yazıb.
O, həbsdə olan erməni terrorçularının xanımlarına öz dəstəyini göstərib:
“Mən əminəm ki, həyatlarının bu çətin dövründə ətrafdakıların “əri hardadır, həbsdədir, amma yoldaşı xoşbəxtdir” şərhləri ilə üzləşmək məcburiyyətində qalan Ruben, Bako, Araik və başqalarının arvadlarına öz dəstəyimi bildirirəm”.




















