Almaniyanın ən yaşlı sakini Karl Haydl 110 yaşında vəfat edib.
Medialive xəbər verir ki, bu barədə onun yaşadığı Kernen bələdiyyəsinin saytında məlumat verilib.
Qeyd olunub ki, Haydl noyabrın 1-nə keçən gecə dinc şəkildə dünyasını dəyişib, sentyabrın 2-də 110 illik yubileyini qeyd edib.




















