ABŞ Energetika Nazirliyi ölkədə uran zənginləşdirmə potensialını inkişaf etdirmək üçün üç şirkətə ümumilikdə 2,7 milyard dollar ayırıb.
Medialive xəbər verir ki, qeyd olunub ki, vəsait növbəti 10 il ərzində yerli uranın zənginləşdirilməsi potensialının inkişafı üçün ayrılıb.
ABŞ hökuməti əmindir ki, bu, enerji təhlükəsizliyini gücləndirəcək və xarici təchizatçılardan asılılığı azaldacaq.
Energetika Nazirliyi ABŞ-də müvafiq potensialların inkişaf etdirilməsi üçün American Centrifuge Operating and General Matter şirkətinə, eləcə də Fransanın Orano şirkətinin ABŞ-dakı törəmə müəssisəsi olan Orano Federal Services şirkətinə 900 milyon dollarlıq sifariş verib.
ABŞ-nin Enerji Katibi Kris Rayt bildirib ki, Tramp administrasiyası mövcud və gələcək nüvə reaktorlarını dəstəkləmək üçün etibarlı nüvə yanacağı təchizatı zəncirlərini bərpa edəcək.




















