Ana olmasına sayılı günlər qalan bloqer Nailə Nəcəfli xəstəxanaya yerləşdirilib.
Medialive.az xəbər verir ki, sosial media hesabında xəstəxanadan video paylaşan bloqer səhhəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. O, özünü yaxşı hiss etdiyini və vəziyyətin nəzarətdə olduğunu bildirib.
Nailə bir neçə gün xəstəxanada qalacağını qeyd edərək izləyicilərindən narahat olmamağı xahiş edib:
“Yaxşıyam, hər şey qaydasındadır. Reytinqə görə yalan məlumatlar paylaşılır. Bir neçə gün burada qalmalıyam. Mənə görə narahat olmayın, uşaq da yaxşıdır”.
Bloqerin açıqlaması onun səhhəti ilə bağlı sosial şəbəkələrdə yayılan müxtəlif məlumatlara son qoyub. Nailə Nəcəfli həm özünün, həm də körpəsinin vəziyyətinin yaxşı olduğunu vurğulayıb./milli.az/
