Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli işdən çıxarılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Medialive.az xəbər verir ki, bu barədə o, özü açıqlama yayıb:
“İşdən ayrılmağım haqda xəbərinə görə narahat olan hər kəsə təşəkkür edirəm. Qeyd edim ki, heç yerə getməmişəm, hazırda iş başındayam. Qaldığımız yerdən yolumuza davam edirik. Hər kəsin yolu açıq olsun”.
