Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) yeni kadr təyinatı olub.
Medialive.az xəbər verir ki, əldə etdiyi məlumata görə, Çinarə Fətəliyeva AYNA-nın İnsan resursları departamentinin direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Ç.Fətəliyeva yeni təyinatadək aqrar-sənaye sektorunda fəaliyyət göstərən “Agro Dairy” şirkətində İnsan Resursları Əməliyyatları və Ekspertiza Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.\\İqtisadiyyat.az





















