Türkiyənin Elazığ şəhərində 61 yaşlı kişi tövləyə canavar girdiyini düşünərək ov tüfəngi ilə həyat yoldaşını güllələyib.
Medialive.az xəbər verir ki, hadisə şəhərin Meşəli kəndində baş verib. Məlumata görə, iki gün əvvəl xırdabuynuzlu heyvanlarının saxlanıldığı tövləyə canavarların girdiyini görən M.K. ov tüfəngi ilə növbə çəkməyə başlayıb.
Gecə saatlarında tövlədən səs eşidən M.K. tüfənglə səs gələn istiqamətə atəş açıb. Daha sonra tövləyə daxil olan kişi güllələdiyi şəxsin həyat yoldaşı, 51 yaşlı Hasret Kuş olduğunu görüb.
Hadisə ilə bağlı əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Tibb işçiləri Hasret Kuşun hadisə yerində öldüyünü müəyyənləşdiriblər.
M.K. polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
