“Avropa İttifaqı keçmişinin qaranlıq tərəfini inkar etməsi və təkəbbürü səbəbindən bu gün əvvəlki təsirini itirir”.
Medialive xəbər verir ki, bu fikirləri fransız filosof Vinsent Sespedes deyib.
O hesab edir ki, Avropa bir sıra səbəblərə görə təsirini itirir:
“Birincisi, Avropa keçmişi tabu halına gəlib. Bu barədə kifayət qədər müzakirə edilmir. Müstəmləkəçilik çox ciddi bir məsələ olub, lakin bir çox ziyalılar bunu həqiqətən nəzərdən keçirməkdən imtina ediblər. Bundan əlavə, Avropanın başqa bir problemi var. Təkəbbürlülük. Fransa bəlkə də mədəni cəhətdən ən təkəbbürlü millətdir. Biz Fransa dəyərlərini təbliğ edirik. Böyük humanist idealları irəli sürmək üçün bütöv bir hekayəmiz var. Bir vaxtlar müstəmləkəçi olsaq da və köləlik tətbiq etsək də. Bu gün Fransanın təmsil etdiyi ikiüzlü cəmiyyətdə rifah çətin ki, mümkün olsun”, – deyə Sespedes bildirib.
Sespedes qeyd edib ki, iqtisadi və siyasi layihələr həyata keçirən Avropa mədəni inkişaf və əlaqələri unudub.
O qeyd edib ki, Fransa hazırda elan etdiyi dəyərlərə uyğun yaşamır.
“Məsələn, 2017-ci ildən bəri ölkədə bir çox dövlət xidmətləri ləğv edilib və 9 milyon yoxsul insan var. Lakin biz bunu görmək və ya nəzərə almaq istəmirik. Tarixi və coğrafi baxımdan Fransa ilə təbii əlaqələri ola bilən ölkələr, əsasən Afrika ölkələri bu ikili ritorikanı rədd edirlər”, – deyə o bildirib.




















