Avstraliyada irqi nifrəti qızışdırdığına və nasist simvollarını nümayiş etdirdiyinə görə ilk dəfə vizalar ləğv edilib.
Medialive xəbər verir ki, bu barədə Avstraliyanın daxili işlər naziri Toni Börk məlumat verib.
Məlumata görə, yəhudi icmasına nifrətə əsaslanan nasistpərəst ideologiyaya sadiq 43 yaşlı Britaniya vətəndaşının vizası ləğv ediləcək və o, Avstraliyadan deportasiya ediləcək.
Avstraliya polisi qanunları pozan məzmun dərc edən Britaniya vətəndaşını həbs edib.
O, qadağan olunmuş nasist simvollarını nümayiş etdirməkdə, təhdid etməkdə və internetdə yəhudi icmasının üzvlərini təqib etməkdə ittiham olunur.
Qeyd edək ki, Avstraliyada viza barədə qanunlar dekabrın 14-də Sidneydə baş verən terror aktından sonra sərtləşib.




















