Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “IDOM Consulting, Engineering & Architecture S.A.A.” şirkəti ilə müqavilə bağlayıb.
Medialive.az xəbər verir ki, bu barədə iqtisadiyyat.az qurumdan məlumat əldə edib.
Bağlanmış müqavilənin maliyyə dəyəri 307 min manat olaraq müəyyənləşib.
Qeyd edək ki, 1957-ci ildən fəaliyyət göstərən “IDOM Consulting, Engineering & Architecture S.A.A.” şirkəti İspaniyaya məxsus şirkətdir. Baş ofisi Bilbao şəhərində yerləşir. Şirkət mühəndislik, memarlıq, konsaltinq və layihələndirmə xidmətləri göstərir.
Xatırladaq ki, Bakıda ödənişli hərəkət zonalarının yaradılması ilə bağlı sənəd ötən il sentyabrında imzalanıb. Həmin vaxt Nazirlər Kabinetinə paytaxtın inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini üç ay müddətində hazırlamaq tapşırılıb. Ödənişli zonalarla bağlıq qərar 2027-ci il yanvarın 1-də qüvvəyə minəcək.
