CANLI
Sosial

Azərbaycanda qadın evə gələn usta ilə ərinə xəyanət etdi — Dava düşdü

Abşeron rayonunda 42 yaşlı kişi keçmiş arvadının sevgilisinə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonunun Saray qəsəbəsində baş verib.

Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Kamal qəsəbədə yerləşən marketlərdən birinin qarşısında həmin marketdə işləyən keçmiş arvadı Sara ilə münasibətdə olan Zamiqin (adlar şərtidir – red.) idarə etdiyi “Mercedes-Benz E 200 CDI” markalı minik avtomobilinin sükanı arxasında əyləşərək Saranı gözlədiyini görüb.

Bu zaman o, Zamiqə yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozaraq ona zor tətbiq edib, qəsdən dizi ilə sifətinə, sonra isə əli və yumruğu ilə baş və bədəninin digər nahiyələrinə bir neçə dəfə zərbə endirib.

Daha sonra Zamiq avtomobildən düşdükdə Kamal təpiklə onun qarnına vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Kamalın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Kamal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində zərərçəkmiş şəxsə xəsarət yetirdiyini etiraf etsə də, xuliqanlıq niyyətinin olmadığını bildirib. Onun sözlərinə görə, evinə usta kimi gələn Zamiqin 2023-cü ilin aprel ayında boşandığı, lakin boşanmalarına baxmayaraq birgə yaşamağa davam etdiyi keçmiş həyat yoldaşı ilə münasibətdə olduğunu öyrənməsi onu qəzəbləndirib.

“Bu səbəbdən Zamiqin həmin gün saat 17:00 radələrində marketin yaxınlığına gələcəyini əvvəlcədən bildiyimdən həmin ərazidə onu gözlədim. Zamiq həmin yerə gəldikdən sonra ona yaxınlaşaraq zərbələr endirdim və nəticədə ona xəsarət yetirdim”.

Təqsirləndirilən şəxs ifadəsində 2023-cü ilin aprel ayında Sara ilə rəsmi nikahını pozduğunu, lakin boşanmadan sonra da onunla eyni evdə yaşamağa davam etdiyini, Zamiqlə şəxsi münasibətinin, düşmənçiliyinin və ədavətinin olmadığını deyib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə insanların olduğu yerdə, marketin qarşısında baş verib. O, münaqişəni zərərçəkmiş şəxsin deyil, məhz özünün başladığını bildirib.

Kamal ifadəsində həmin vaxt marketin fəaliyyət göstərdiyini və ərazidə digər şəxslərin də olduğunu, hadisə zamanı həmin şəxslərin onları ayırmaq məqsədilə yaxınlaşdığını gördükdə ərazidən uzaqlaşdığını qeyd edib.

İş üzrə zərərçəkmiş Zamiq bildirib ki, evlərində usta kimi işləyərkən Kamalın keçmiş həyat yoldaşı Sara ilə münasibəti olub. Onun sözlərinə görə, hadisə günü Kamalın marketin yanında olduğunu görüb:

“Həmin vaxt maşından düşməyə hazırlaşarkən Kamalın ucadan nalayiq ifadələr işlədərək qəzəblə mənə doğru hərəkət etdiyini gördüm. Özümü müdafiə etməyə şərait olmadı. Bu vaxt o, mənə xəsarət yetirdi. Hadisəni görən kənar şəxslər bizi aralamaq üçün gəldi. Bundan sonra Kamal oradan uzaqlaşdı”.

İş üzrə şahid qismində ifadə verən Sara bildirib ki, təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşı olub. O, ifadəsində zərərçəkmiş Zamiqlə bir il əvvələ qədər münasibətlərinin olduğunu təsdiqləyib. Sara keçmiş həyat yoldaşı ilə sevgilisi arasında baş verən hadisənin şahidi olmadığını deyib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Kamal 8 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində daimi yaşayış yerini hər gün saat 20:00-dan səhər saat 06:00-dək tərk etmək, Abşeron rayonunun və Azərbaycan Respublikasının ərazi hüdudlarını keçmək qadağan olunub.

Bundan başqa, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

canlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24