Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Abşeron-Xızı regional filialının müdiri Zaur Şahbalayev vəzifəsindən azad edilib.
Medialive.az-ın məlumata görə, bununla bağlı Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb.
Hələlik sözügedən filialın müdiri vəzifəsinə təyinat yoxdur. (Unikal)




















