Ukraynanın sabiq baş naziri Nikolay Azarov onu 15 il müddətinə azadlıqdan məhrum edən Kiyev məhkəməsini tanımadığını bəyan edərək, məhkəməni ədalətsiz adlandırıb.
Medialive xəbər verir ki, Azarov bu barədə telegram kanalında yazıb.
“Kiyevin Peçersk Rayon Məhkəməsi məni bütün əmlakım müsadirə olunmaqla qiyabi olaraq 15 il həbs cəzasına məhkum etdi. Kiyevin əyri ədalət sistemi məni konstitusiya quruluşunu zorakılıqla dəyişdirməyə yönəlmiş hərəkətlərdə təqsirli bildi. Əminəm ki, vaxt gələcək, bu həbsdə iştirak edənlərin hamısı saxta cəzalarını alacaqlar.- deyə Azarov qeyd edib.
Sabiq baş nazir vurğulayıb ki, onu mühakimə edənlər Vətən xaini, dövlət çevrilişində iştirak etmiş şəxslərdir.




















