SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində struktur dəyişiklikləri həyata keçirilir.
Medialive.az xəbər verir ki, “Azəriqaz”ın baş direktoru Azər Məmmədov Regional Qaz İstismarı İdarələrinin (RQİİ) rəislərinə ştat ixtisarı ilə bağlı tapşırıq verib.
Bu çərçivədə A.Məmmədov RQİİ-lərin rəhbərlərinə 2026-cı ilin sonunadək SOCAR tərəfindən müəyyən edilmiş ştat ixtisarı hədəflərinin icrasını təmin etməyi tapşırıb.
Bunun üçün Regional Qaz İstismarı İdarələrinin 2026-cı il üzrə təsdiq edilmiş qulluqçu və fəhlələrin ştat cədvəllərində dəyişikliklərin aparılması göstərişi verilib. (Plat.az)




















