CANLI
Sosial

Bakıda 9 yeni metro stansiyası inşa ediləcək - BU TARİXDƏ

“Bakı metropoliteni yeni 9 stansiyanın tikintisinə başlayacaq”.

Medialive.az xəbər verir ki, bu barədə oxu.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, hazırda bununla bağlı danışıqlar aparılır:

“Bənövşəyi” xətt üzrə 5, “yaşıl” xətt üzrə isə 4 stansiyanın tikintisindən söhbət gedir. Yaxın vaxtlarda həmin stansiyaların tikintisi üzrə müsabiqə elan olunacaq.

Müsabiqənin qalibləri müəyyən ediləndən sonra stansiyaların tikintisinə start veriləcək. Stansiyaların tikintisinə gələn ildən başlanacaq. 9 stansiya 2030-cu ilə qədər tikilib istifadəyə veriləcək”.