Bakıda ölümlə nəticələnən dəhşətli hadisə baş verib.
Medialive.az xəbər verir ki, avqustun 1-i saat 07 radələrində 2007-ci il təvəllüdlü Kənan Ömər oğlu İbrahimli xalasının yaşadığı C.Xəndan küçəsi ev 42 A-nın pəncərəsindən yıxılıb.
18-ci mərtəbədən yıxılan gənc oğlan hadisə yerində ölüb.
Oxşar hadisə Nizami rayonunda da baş verib. Belə ki, avqustun 3-ü saat 01 radələrində Şabran sakini, 2006-cı il təvəllüdlü Aytac Rauf qızı Baxşiyeva kirayədə yaşadığı Özbəkistan küçəsi ev 7, mənzil 133-ün eyvanından yıxılıb. 20 mərtəbəli binanın 20-ci mərtəbəsindən yıxılan qız da vəfat edib.
Hər iki faktla bağlı aidiyyəti rayon prokurorluqlarında araşdırma aparılır./qafqazinfo
