Aparıcı Aytən Səfərova sosial media hesabında paylaşdığı video ilə maraq doğurub.
Medialive.az Azxeber.com-a istinadən xəbər verir ki, aparıcı ona ünvanlanan mesajı oxuyan zaman təccübünü gizlədə bilməyib.
Mesajda vətəndaşın avaralığa görə cərimələndiyini bildirən mətn əks olunub. O avara həyat sürdüyünə görə 20 manat cərimələnib.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə avaralıqla məşğul olma- yəni davamlı olaraq dilənçilik və ya buna bənzər “həyat tərzi” ilə dolanma- inzibati xəta sayılır və ona görə cərimə və digər tədbirlər tətbiq olunur.
Daha ətraflı videomaterialda: