Benində uğursuz çevriliş cəhdində iştirak etməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.
Medialive xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.
Qeyd olunub ki, həbs olunanların əksəriyyəti hərbçilərdir. Daha əvvəl də 14 hərbçi saxlanılıb.
Təhlükəsizlik qüvvələri üsyançıların lideri Paskal Tiqrini axtarmağa davam edir.
O, Tiqrinin qonşu Toqoya qaçdığını açıqlamışdı.
Qeyd edək ki, dekabrın 7-si səhər tezdən bir qrup hərbçi milli televiziyada Benində hakimiyyəti ələ keçirdiklərini və ölkə prezidentini vəzifəsindən kənarlaşdırdıqlarını elan ediblər.




















