Xəbər verdiyimiz kimi, YAP-çı deputat Aydın Hüseynov yazıçı Kəramət Böyükçölün Milli Məclisi tənqid edən fikirlərini bəyənərək, paylaşım edib.
Deputat Aydın Hüseynov məsələyə belə reaksiya verib:
”Telefonum qardaşım oğlunda olub, texniki səhvdir, rəsmi paylaşılan bir şey deyil. Burada gündəm olunası heçnə yoxdur”.
Deputatın fikirləri ilə bağlı yazıçı Kəramət Böyükçöl Medialive-yə açıqlamasında bunların boş söz-söhbətlər olduğunu deyərək deputatın reaksiyasına cavab verməkdən imtina etdi.
