Braziliyada şir zooparkda onun qəfəsinə girən gənc oğlanı öldürüb.
Medialive xəbər verir ki, bu barədə CartaCapital jurnalı məlumat yayıb.
Məlumata görə, 19 yaşlı gənc João Pessoa şəhərində zooparkda hündürlüyü 6 metrdən çox olan hasara dırmaşaraq şirin qəfəsinə enib.
Bunu görən şir dərhal ona hücum edərək onu parçalayaraq öldürüb.




















