Ölkə üzrə mərkəzləşmiş qaydada keçiriləcək direktorların işə qəbulu müsabiqəsinə Naxçıvanın ümumtəhsil müəssisələrindən 7 vakant direktor vəzifələri çıxarılıb.
Medialive.az xəbər verir ki, direktorların işə qəbulu prosesinə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrindən də 7 vakant direktor vəzifəsi çıxarılıb.
Belə ki, Naxçıvan şəhər 13 nömrəli, Şərur Rayon Çomaxtur, Mahmudkənd, Püsyan, Babək Rayon Babək Şəhər 2 nömrəli, Didivar və Kəngərli Rayon Şahtaxtı kənd tam orta məktəblərində olan vakant direktor vəzifələri müsabiqəyə çıxarılıb.
Namizədlər 6 mart 2026-cı il saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.
Proses ölkə üzrə mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələsindən ibarət olacaq.




















