“Pakistan-Əfqanıstan müharibəsində başqa detallar önəmlidir. ABŞ və Çinin buradakı maraqları vacibdirmi, ya Yaxın Şərqdə başlayan İsrail-Fələstin müharibəsi mühümdürmü? Bu kontekstdə məsələyə baxmaq mümkündür”.
Bu fikirləri Medialive-yə açıqlamasında beynəlxalq məsələlər üzrə siyasi ekspert Əziz Əlibəyli deyib.

O bildirib ki, ABŞ-nin Talibana 50 milyardlıq silah-sursat verməkdə məqsədi elə Pakistanı nüfuzdan salmaq olub:
“Talibana 50 milyardlıq silah-sursatı verməklə ABŞ-nin düşüncəsi bundan ibarət idi ki, həmin silahlar İrana qarşı, yeri gələndə digər ölkələrə qarşı, o cümlədən Rusiyaya Tacikistan vasitəsilə, eyni zamanda Pakistana qarşı istifadə olunsun. Pakistanı da cəzalandırmaq istəyən qüvvələr çoxdur. Bu ölkənin Yaxın Şərq coğrafiyasında nüfuzunu artırması, güclənməsi bir çox ölkələri – Hindistanı, İsraili qıcıqlandırır. Ona görə Pakistan-Əfqanıstan sülh danışıqları masasını nisbi masa adlandırmaq olar. Bu danışıqların sülhə aparacağı inandırıcı görünmür, amma müəyyən atəşkəs rejimini təşkil etməsi mümkündür”.




















