• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Media

Bu hallarda saytlara giriş məhdudlaşdırılacaq

30 İyun, 26 / 14:07
A A
Bu hallarda saytlara giriş məhdudlaşdırılacaq
İnternet informasiya ehtiyatına müraciətin müvəqqəti məhdudlaşdırılacağı halların siyahısı genişləndiriləcək.
Medialive.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir:
– narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar;
– pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar;
– kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar;
– qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar (“Lotereyalar haqqında” Qanunla müəyyən edilmiş qaydada keçirilən lotereyalar, “Bədən tərbiyəsi və idman haqqında” Qanunla müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanunla müəyyən edilmiş qaydada təşkil edilən və keçirilən kazino oyunları barədə məlumatlar istisna olmaqla);
– intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar;
– “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanuna uyğun olaraq müvafiq yaş kateqoriyasına uyğun işarələnməmiş kino, televiziya və videofilmlər, o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar (“Universal” yaş kateqoriyasına aid olanlar istisna olmaqla);
təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar;
– insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar.
Qanun layihəsinə əsasən, yuxarıda göstərilən informasiyaların yerləşdirilməsi hallarında internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Məlumat üçün bildirək ki, internet informasiya ehtiyatı dedikdə internet şəbəkəsində yaradılan, informasiyanın yayılması üçün istifadə olunan, müraciət edilməsi üçün domen adına və sahibi tərəfindən müəyyənləşdirilmiş digər işarələnməyə malik olan informasiya ehtiyatı nəzərdə tutulur.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Əvvəlki yazı

Vitse-spiker deputatın bu fikrinə ETİRAZ ETDİ

Növbəti yazı

Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək

Bənzər Xəbərlər

Daha 6 itkin-şəhid dəfn olunacaq - ADLAR
Sosial

Daha 6 itkin-şəhid dəfn olunacaq - ADLAR

30.İyn.26 /15:48
Əli Əsədov sərəncam imzaladı
Sosial

Əli Əsədov sərəncam imzaladı

30.İyn.26 /15:46
Pensiya, müavinət və təqaüdlərlə bağlı VACİB MƏLUMAT
Sosial

Pensiya, müavinət və təqaüdlərlə bağlı VACİB MƏLUMAT

30.İyn.26 /15:28
Şahin Babayev onlara yüksək vəzifə verdi
Sosial

Şahin Babayev onlara yüksək vəzifə verdi

30.İyn.26 /14:14
Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
Sosial

Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək

30.İyn.26 /14:12
Vitse-spiker deputatın bu fikrinə ETİRAZ ETDİ
Parlament

Vitse-spiker deputatın bu fikrinə ETİRAZ ETDİ

30.İyn.26 /14:03
Nəriman Həsənzadənin son vəziyyəti AÇIQLANDI
Mədəniyyət

Nəriman Həsənzadənin son vəziyyəti AÇIQLANDI

30.İyn.26 /13:59
Sadələşdirilmiş icraat 10 gündən 30 günədək uzadılır
Sosial

Sadələşdirilmiş icraat 10 gündən 30 günədək uzadılır

30.İyn.26 /13:57
Bu şəxslər ödəniş edib cinayət məsuliyyətindən azad olacaq
Sosial

Bu şəxslər ödəniş edib cinayət məsuliyyətindən azad olacaq

30.İyn.26 /13:45

XƏBƏR LENTİ

Daha 6 itkin-şəhid dəfn olunacaq - ADLAR

Daha 6 itkin-şəhid dəfn olunacaq - ADLAR

30 İyun, 26 / 15:48
Əli Əsədov sərəncam imzaladı

Əli Əsədov sərəncam imzaladı

30 İyun, 26 / 15:46
Pensiya, müavinət və təqaüdlərlə bağlı VACİB MƏLUMAT

Pensiya, müavinət və təqaüdlərlə bağlı VACİB MƏLUMAT

30 İyun, 26 / 15:28
Şahin Babayev onlara yüksək vəzifə verdi

Şahin Babayev onlara yüksək vəzifə verdi

30 İyun, 26 / 14:14
Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək

Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək

30 İyun, 26 / 14:12
Bu hallarda saytlara giriş məhdudlaşdırılacaq

Bu hallarda saytlara giriş məhdudlaşdırılacaq

30 İyun, 26 / 14:07
Vitse-spiker deputatın bu fikrinə ETİRAZ ETDİ

Vitse-spiker deputatın bu fikrinə ETİRAZ ETDİ

30 İyun, 26 / 14:03
Nəriman Həsənzadənin son vəziyyəti AÇIQLANDI

Nəriman Həsənzadənin son vəziyyəti AÇIQLANDI

30 İyun, 26 / 13:59
Sadələşdirilmiş icraat 10 gündən 30 günədək uzadılır

Sadələşdirilmiş icraat 10 gündən 30 günədək uzadılır

30 İyun, 26 / 13:57
Bu şəxslər ödəniş edib cinayət məsuliyyətindən azad olacaq

Bu şəxslər ödəniş edib cinayət məsuliyyətindən azad olacaq

30 İyun, 26 / 13:45
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ

© 2026 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2026 Medialive.az - Xəbər Portalı.