Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinə yeni direktor təyinatı olub.
Medialive.az xəbər verir ki, sözügedən vəzifəyə Natəvan Həsənova təyin edilib.
O bu gün kollektivə təqdim olunub.
Qeyd edək ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru olan Natəvan Həsənova 2004-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrində, 2007-ci ildən isə Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyət göstərir.
