“Cənubi Koreya hökuməti nüvə enerjisi ilə işləyən sualtı qayıq yaratmaq üçün ABŞ ilə danışıqlar aparır”.
Medialive.az xəbər verir ki, bunu Cənubi Koreya Prezidentinin milli təhlükəsizlik müşaviri Vi Sung-lak deyib.
“Müzakirələr tikintinin Koreya Respublikasında aparılacağı ehtimalı əsasında aparılır”, – o, brifinq zamanı deyib.
Oktyabrın 29-da Kyoncuda keçirilən sammitdən sonra ABŞ Prezidenti Donald Tramp Koreya Respublikasına Filadelfiyadakı gəmiqayırma zavodunda nüvə sualtı qayığı inşa etməyə icazə verəcəyini açıqlayıb.




















