Son dövrlər sosial şəbəkələrdə yeni dələduzluq növü yaranıb. Bu kiberdələduzluq xaricdən idarə olunur və əsas gənc qızlardır.
Medialive xəbər verir ki, yüzlərlə azərbaycanlı gənc bu dələduzluq növünün qurbanı olub.
Onlara hücum etmək üçün “İnstagram sosial platformasından istifadə edilir.
Məsələn, “İnstagram”da azərbaycanlı gəncə yazan və Sinqapurda yaşadığını deyən qız onunla münasibət qurur. Bir gün “İntagram”da söhbət etdikdən sonra qızhatsapp”da necə danışıq “fikirini deyir. Azərbaycanlı gənc olur sinqapurlu qızın bu təklifi ilə razılaşır.
“Whatsapp”da da bir neçə gün danışdıqdan sonra qız araşdırıb göstərməyə başlaya bilər. Oğlana bildirir ki, məlumat işi görür və yaxşı pul qazanır. Təklif edir ki, o da maliyyə pramidasına qoşulub külli miqdarda pul qazana bilər. Gənc onunla razılaşır. Maliyyə pramidasına qoşulan gənc həqiqətən də pul qazanır.
Məsələn, günün əvvəlində 30 dollar investisiya edən azərbaycanlı gün sonunda 100 dollar qazanmış olur. Qazandığı 100 dollar həqiqətən də oğlanın məlumatı göndərilir. Gənc düşünür ki, 1 günə 70 dollar gəlir əldə edib və bu işi davam etdirməlidir. Səhəri gün 100 dollar investisiya edir ki, 250 dollar qazansın.
Qarşı tərəf də oğlanı həvəsləndirir ki, dah çox investisiya etsin. Gənc oğlan gün keçdikcə, investisiyanı daha da artırır. Məsələn, bir gün 2 min dollar investisiya edir ki, onsuz da 4 min dollar qazanacaq. Amma bu dəfə düşündüyü kimi olmur. Yatırım edən kimi həm sistem, həm də sinqapurlu qız onu bloklanır.
Oğlan artıq aldadıldığını anlayır amma heçnə yoxdur. Çünki nə yazan qızın, nə də investisiya etdiyi şirkətin ünvanı məlum deyil.
Qeyd etmək lazımdır ki, yazan qızların şəxsi özünü Sinqapur, Malazia, Hindistan, İndoneziya, Almaniya, ABŞ və.s dövlət vətəndaşı kimi təqdim edir.




















