Sabah Biləsuvar rayonunun bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq.
Medialive.az xəbər verir ki, buna səbəb yeraltı daşıyıcı qaz xətinin kipliyə sınaq edilməsidir.
Görüləcək işlərlə əlaqədar avqustun 28-də saat 10:00-dan etibarən “Biləsuvar QPS”-dən qidalanan Xırmandalı, Əliabad, Bəydili, Zəhmətabad kəndləri və rayon mərkəzinin bəzi ərazilərinin (6250 əhali və 130 qeyri-əhali) qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.
