“Ukraynanın NATO-ya daxil olmaması ilə bağlı sənəd münaqişənin tənzimlənməsi üzrə danışıqların təməl daşıdır”.
Medialive xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Təbii ki, bu məsələ prioritetdir və digərləri ilə müqayisədə xüsusi diqqətə layiqdir. Danışıqlar prosesinin əsas məqsədi də məhz budur və bir daha vurğulamaq istərdim ki, biz bunu meqafon formatında aparmaq istəmirik”, – deyə Peskov brifinqdə bildirib.




















