• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Sosial

Bu şəxslərin ölkədən gedişi məhdudlaşdırılacaq - RƏSMİ

19 İyun, 26 / 13:24
A A
Bu şəxslərin ölkədən gedişi məhdudlaşdırılacaq - RƏSMİ

Milli Məclisdə Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Medialive.az xəbər verir ki, qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Bildirilib ki, dəyişikliklər gömrük qanunvericiliyinin tətbiqi zamanı ortaya çıxan məsələlərin həlli, gömrük fəaliyyətinin müasir tələblərə və beynəlxalq təcrübəyə uyğunlaşdırılması, rəqəmsal həllərin genişləndirilməsi, xarici ticarətin asanlaşdırılması və sahibkarların hüquqlarının qorunması məqsədilə hazırlanıb. Qanun layihəsinə əsasən, bir sıra yeni anlayışlar müəyyənləşdirilir, mövcud anlayışlar isə yenilənir, həmçinin Gömrük Məcəlləsinin digər qanunvericilik aktları ilə uyğunlaşdırılması təmin edilir.

Əsas yeniliklərdən biri gömrük orqanlarının səlahiyyətlərinin genişləndirilməsidir. Belə ki, gömrük borcu ödənilmədiyi hallarda gömrük orqanlarına şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ verilir. Borc ödənildikdən sonra həmin məhdudiyyətin aradan qaldırılması barədə qərarın qəbul edilməsi də gömrük orqanlarının səlahiyyətinə aid ediləcək.

Dəyişikliklərlə digər dövlətlərin gömrük xidmətləri ilə məlumat mübadiləsinin tranzit daşımalarını da əhatə etməsi, səyyar gömrük auditinin nəticələri barədə şəxslərə 3 iş günü ərzində məlumat verilməsi, eləcə də gömrük baxışı və yoxlamalarının daha detallı hüquqi tənzimlənməsi nəzərdə tutulur. Qanun layihəsində “gömrük brokeri” anlayışının “dolayı gömrük təmsilçisi” ilə əvəz olunması, bu fəaliyyət üçün lisenziya tələbinin ləğvi və müvafiq reyestr sisteminin yaradılması da əksini tapıb. Eyni zamanda, birbaşa gömrük təmsilçiliyinin tətbiqi genişləndirilir. Bundan başqa, gömrük daşıyıcısı fəaliyyəti üçün lisenziya tələbi aradan qaldırılır, daşıyıcıların dairəsi genişləndirilir və onların siyahılarının elektron formada dərc olunması nəzərdə tutulur

Dəyişikliklər həmçinin “Səlahiyyətli İqtisadi Operator” institutunun təkmilləşdirilməsini, malların gömrük dəyərinin milli valyuta ilə bəyan edilməsini, gömrük borcunun qismən ödənildiyi hallarda təminatın mütənasib şəkildə azad edilməsini və “Yaşıl Dəhliz” sisteminin daimi istifadəçilərinə əlavə səlahiyyətlərin verilməsini ehtiva edir. Layihədə elektron ticarətin inkişafı nəzərə alınaraq sürətli (ekspres) daşınan malların gömrük sərhədindən keçirilməsi və rəsmiləşdirilməsi qaydaları da ayrıca tənzimlənir. Fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi malların müvəqqəti saxlanması ilə bağlı yeni normalar müəyyənləşdirilir.

Qanunun qəbulunun idxal-ixrac əməliyyatlarının sadələşdirilməsinə, tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin artırılmasına, yükdaşımaların sürətlənməsinə, risklərin avtomatlaşdırılmış idarə edilməsinin təkmilləşdirilməsinə və xarici ticarətin daha da asanlaşdırılmasına xidmət edəcəyi bildirilir. Bundan əlavə, dəyişikliklərin gömrük nəzarəti və rəsmiləşdirilməsində şəffaflığın artırılmasına, vaxt itkisinin azaldılmasına və ölkənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcəyi vurğulanır.

Əvvəlki yazı

Ali Məhkəmənin hakiminə ağır itki üz verdi

Növbəti yazı

Prezident fərman imzaladı

Bənzər Xəbərlər

Azərbaycanda yumurta ucuzlaşdı - 1 qəpiyə satılır
İqtisadiyyat

Azərbaycanda yumurta ucuzlaşdı - 1 qəpiyə satılır

19.İyn.26 /13:49
Prezident daha iki fərman imzaladı
İlham Əliyev

Prezident daha iki fərman imzaladı

19.İyn.26 /13:47
Rüstəm İsayev vəfat etdi - FOTO
Sosial

Rüstəm İsayev vəfat etdi - FOTO

19.İyn.26 /13:34
Bu ölkədə səfirliyimiz təsis EDİLDİ
Siyasət

Bu ölkədə səfirliyimiz təsis EDİLDİ

19.İyn.26 /13:32
Gömrük borcu olanlar ölkədən çıxa bilməyəcək
Sosial

Gömrük borcu olanlar ölkədən çıxa bilməyəcək

19.İyn.26 /13:31
Hərbçilərə şad xəbər - Artım olacaq
Hərbi

Hərbçilərə şad xəbər - Artım olacaq

19.İyn.26 /13:28
Prezident fərman imzaladı
İlham Əliyev

Prezident fərman imzaladı

19.İyn.26 /13:25
Ali Məhkəmənin hakiminə ağır itki üz verdi
Sosial

Ali Məhkəmənin hakiminə ağır itki üz verdi

19.İyn.26 /13:21
Bakıda bu evlərin sahiblərinə yüksək məbləğdə pul veriləcək
Sosial

Bakıda bu evlərin sahiblərinə yüksək məbləğdə pul veriləcək

19.İyn.26 /11:34

XƏBƏR LENTİ

Azərbaycanda yumurta ucuzlaşdı - 1 qəpiyə satılır

Azərbaycanda yumurta ucuzlaşdı - 1 qəpiyə satılır

19 İyun, 26 / 13:49
Prezident daha iki fərman imzaladı

Prezident daha iki fərman imzaladı

19 İyun, 26 / 13:47
Rüstəm İsayev vəfat etdi - FOTO

Rüstəm İsayev vəfat etdi - FOTO

19 İyun, 26 / 13:34
Bu ölkədə səfirliyimiz təsis EDİLDİ

Bu ölkədə səfirliyimiz təsis EDİLDİ

19 İyun, 26 / 13:32
Gömrük borcu olanlar ölkədən çıxa bilməyəcək

Gömrük borcu olanlar ölkədən çıxa bilməyəcək

19 İyun, 26 / 13:31
Hərbçilərə şad xəbər - Artım olacaq

Hərbçilərə şad xəbər - Artım olacaq

19 İyun, 26 / 13:28
Prezident fərman imzaladı

Prezident fərman imzaladı

19 İyun, 26 / 13:25
Bu şəxslərin ölkədən gedişi məhdudlaşdırılacaq - RƏSMİ

Bu şəxslərin ölkədən gedişi məhdudlaşdırılacaq - RƏSMİ

19 İyun, 26 / 13:24
Ali Məhkəmənin hakiminə ağır itki üz verdi

Ali Məhkəmənin hakiminə ağır itki üz verdi

19 İyun, 26 / 13:21
Bakıda bu evlərin sahiblərinə yüksək məbləğdə pul veriləcək

Bakıda bu evlərin sahiblərinə yüksək məbləğdə pul veriləcək

19 İyun, 26 / 11:34
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ

© 2026 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2026 Medialive.az - Xəbər Portalı.