• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Manşet

"Budapeşt görüşü müharibəni bitirəcək" - Ekspertdən sensasion iddia

17 Oktyabr, 25 / 19:44
A A
"Budapeşt görüşü müharibəni bitirəcək" - Ekspertdən sensasion iddia

“Budapeştdə keçirilməsi ehtimal edilən görüş müharibənin bitməsinə hesablanıb. Əsas hədəf budur. Çünki Ukrayna-Rusiya müharibəsinin davam etməsi ABŞ-nin geosiyasi maraqlarına da ziddir. Hədəfdə Çinlə mübarizədə Rusiyanı Çinin yanından aralamaq və ABŞ-nin orbitinə çəkmək siyasəti var. Ancaq bu müharibə davam etdikcə, Rusiyanı Çindən daha çox asılı vəziyyətə salacaq. Üstəlik, perspektivdə bu müharibənin daha da böyüyüb qlobal bir müharibəyə çevrilmə təhlükəsi mövcuddur”.

Bu fikirləri Medialive-a açıqlamasında siyasi məsələlər üzrə ekspert Natiq Miri Trampla Putinin Budapeştdə keçirilməsi planlaşdırılan mühüm görüşü haqda danışarkən deyib.

Şərhçinin fikrincə, Çinə Ukrayna və Yaxın Şərqdəki münaqişələr sərf edir:

“Əgər Çin Rusiya-Ukrayna və Yaxın Şərqdəki müharibənin davam etməsində maraqlıdırsa, tədricən Yaxın Şərqdəki müharibənin dayanması, atəşkəsin mövcud olması bu ölkəni narahat edən əsas məqamlardan biridir. Çünki müharibələrin dayanması diqqəti yenidən Çinə yönələcək. ABŞ-nin əlini, qolunu və onun müttəfiqlərinin Çinə qarşı fəaliyyət imkanlarını açacaq.

Bundan əlavə, Ukrayna müharibəsinin davam etdiyi bir vəziyyətdə Çin həm də özünün tərkib hissəsi saydığı Tayvanı yenidən işğal edib geri qaytarmaq niyyətindədir. Belə bir vəziyyətdə əgər Tayvana Çin tərəfindən hücum olarsa, burada Rusiyanın diqqətləri yayındırması üçün yeni bir münaqişə ocağı yaratmasına ehtiyac yaranacaq”.

Müsahib bildirib ki, Rusiya hazırda müharibəni davam etdirmək üçün Çinin yardımlarından asılıdır:

“Nəzərə alsaq ki, Rusiya indiki vəziyyətdə müharibəni davam etdirmək üçün Çinin yardımlarından əsaslı şəkildə asılıdır. Ona görə də Çinin bu cür maraqlarını təmin etmək məcburiyyətində qala bilər ki, bu da yeni qlobal bir ocağın, savaşın tətiklənməsinə yol aça bilər. Buna görə də Budapestdə baş tutacaq görüş sadəcə Ukrayna müharibəsinin bitməsi məsələsi deyil.

Ancaq müharibənin bitməsi ilə ABŞ-nin planlaşdırdığı geosiyasi məqsədlərin önü açıla bilər. Bu mənada, müharibə bitmədən Rusiyanı Çinin yanından ayırmaq mümkün olmayacaq. Bir tərəfdə Rusiyaya müəyyən stimullaşdırıcı təkliflər verilir, digər tərəfdə eyni zamanda kötək yumruq Rusiyaya göstərilir və Rusiyanın sülh masasına oturmadığı təqdirdə hansı aqibətin gözləyəcəyi xəbərdarlıqları da edilir”.

N.Miri hesab edir ki, Rusiya artıq anlayır ki, onun müharibəni davam etdirmək imkanları tükənib:

“Əsas danışıq predmeti Ukrayna-Rusiya müharibəsinin tezliklə bitirilməsidir. Bunun üçün imkan varmı? Bəli, böyük imkan var. Çünki iki böyük münaqişə, yəni dünya müharibəsi üçün təhlükə törədən iki böyük müharibədən biri dayanıb. Bəli, bu olduğu təqdirdə ABŞ-nin, Avropa Birliyinin, NATO-nun, Dünya Birliyinin diqqəti yalnız Ukrayna-Rusiya müharibəsinə yönələcək ki, bu da Rusiya üçün beynəlxalq səviyyədə ciddi basqı yaradır. Eyni zamanda Yaxın Şərqdə atəşkəsin mümkün olması hadisəsi də Rusiyanın imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Ona görə də artıq Rusiya anlayır ki, dünya səviyyəsində beynəlxalq birliyin hədəfinə çevrilib və bu müharibəni davam etdirmək imkanları tükənib”.

Mikayıl Mirzəzadə

Əvvəlki yazı

Mehdiyevin AMEA-da üzvlüyü ilə bağlı məsələyə baxılır – QƏRAR VERİLƏCƏK

Növbəti yazı

"Mehdiyevin sağı-solu, keçmiş kadrları araşdırılmalıdır" - Partiya sədri

Bənzər Xəbərlər

“Şamaxı Xəzinəsi: Astek Sirri” layihəsinin yekun – bağlanış mərasimi uğurla baş tutub
Sosial

“Şamaxı Xəzinəsi: Astek Sirri” layihəsinin yekun – bağlanış mərasimi uğurla baş tutub

25.May.26 /23:32
Hesablama Palatası Kino ittifaqı yoxlamağa başladı - Möhür katibdən alındı
Sosial

Hesablama Palatası Kino ittifaqı yoxlamağa başladı - Möhür katibdən alındı

25.May.26 /18:07
Dövlət Xidmətindən vətəndaşlara XƏBƏRDARLIQ
İKT

Dövlət Xidmətindən vətəndaşlara XƏBƏRDARLIQ

25.May.26 /18:05
Azər Bağırov həbs edildi - 16 il 6 ay 
Sosial

Azər Bağırov həbs edildi - 16 il 6 ay 

25.May.26 /17:50
Emin Əmrullayev İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda olub
Sosial

Emin Əmrullayev İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda olub

25.May.26 /17:48
Toral Bayramov “Qarabağ”dan getdi - Türkiyə klubuna keçdi
İdman

Toral Bayramov “Qarabağ”dan getdi - Türkiyə klubuna keçdi

25.May.26 /17:45
Prezidentdən ÖNƏMLİ SƏRƏNCAM
İlham Əliyev

Prezidentdən ÖNƏMLİ SƏRƏNCAM

25.May.26 /17:43
Putin İlham Əliyevi təbrik edib
İlham Əliyev

Putin İlham Əliyevi təbrik edib

25.May.26 /17:41
İlham Əliyev Fərman imzaladı
İlham Əliyev

İlham Əliyev Fərman imzaladı

25.May.26 /17:40

XƏBƏR LENTİ

“Şamaxı Xəzinəsi: Astek Sirri” layihəsinin yekun – bağlanış mərasimi uğurla baş tutub

“Şamaxı Xəzinəsi: Astek Sirri” layihəsinin yekun – bağlanış mərasimi uğurla baş tutub

25 May, 26 / 23:32
Hesablama Palatası Kino ittifaqı yoxlamağa başladı - Möhür katibdən alındı

Hesablama Palatası Kino ittifaqı yoxlamağa başladı - Möhür katibdən alındı

25 May, 26 / 18:07
Dövlət Xidmətindən vətəndaşlara XƏBƏRDARLIQ

Dövlət Xidmətindən vətəndaşlara XƏBƏRDARLIQ

25 May, 26 / 18:05
Azər Bağırov həbs edildi - 16 il 6 ay 

Azər Bağırov həbs edildi - 16 il 6 ay 

25 May, 26 / 17:50
Emin Əmrullayev İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda olub

Emin Əmrullayev İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda olub

25 May, 26 / 17:48
Toral Bayramov “Qarabağ”dan getdi - Türkiyə klubuna keçdi

Toral Bayramov “Qarabağ”dan getdi - Türkiyə klubuna keçdi

25 May, 26 / 17:45
Prezidentdən ÖNƏMLİ SƏRƏNCAM

Prezidentdən ÖNƏMLİ SƏRƏNCAM

25 May, 26 / 17:43
Putin İlham Əliyevi təbrik edib

Putin İlham Əliyevi təbrik edib

25 May, 26 / 17:41
İlham Əliyev Fərman imzaladı

İlham Əliyev Fərman imzaladı

25 May, 26 / 17:40
İctimai Televiziyanın yeni baş direktoru seçildi - Hər kəs ona səs verdi

İctimai Televiziyanın yeni baş direktoru seçildi - Hər kəs ona səs verdi

25 May, 26 / 17:39
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:1009271752
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.