Son günlər sosial şəbəkələrdə tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanının I zona üçün 22 fevral və ya 1 mart tarixlərində keçiriləcəyi ilə bağlı iddialar yayılıb.
Məsələ geniş müzakirələrə səbəb olduğundan, çoxları məlumatın nə dərəcədə doğru olub-olmadığını aydınlaşdırmağa çalışır.
Maraqlıdır, bu məlumatlar nə dərəcədə həqiqəti əks etdirir?
Dövlət İmtahan Mərkəzindən Sfera.az-a bildirilib ki, sosial şəbəkələrdə iddia olunan imtahan tarixləri həqiqəti əks etdirmir.
“Tarixlər müvafiq ilin əvvəlində müəyyən olunur”,-məlumatda qeyd olunub.




















