Cənubi Koreya Prezidenti Li Jae-myung Şimali Koreya ilə toqquşma riskləri barədə xəbərdarlıq edib.
Medialive xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.
O bildirib ki, Seulun bu riskləri azaltmaq üçün Pxenyanla dialoqu bərpa etmək üçün səbirlə səylərini davam etdirməlidir.
“Koreyalararası münasibətlər son dərəcə düşmənçiliyə və qarşıdurmaya çevrilib və Şimali Koreya ən sadə etimad səviyyəsi olmadan son dərəcə ekstremal addımlar atır”, – Li jurnalistlərə deyib.




















