Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən çəkilmiş görüntüsünə görə gündəmə gəlmişdi. Ziyarət zamanı AMEA əməkdaşlarından birinin İsa Həbibbəyliyə çətir tutması sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu. İddia edilirdi ki, sonradan həmin şəxs işdən çıxarılıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə həmi şəxs AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədovdur. O, işdən çıxarılmayıb və martın 11-də Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının iclasında iştirak edib.























