Süni intellekt proqramı ChatGPT üçün yeni tənzimləmə qüvvəyə minib.
Medialive xəbər verir ki, ChatGPT artıq istifadəçilərə birbaşa tibbi, hüquqi və ya maliyyə məsləhətləri verə bilməyəcək.
ChatGPT-yə məhdudiyyətlər qoyan yeni tənzimləmə oktyabrın 29-da qüvvəyə minib.
Yeni tənzimləmə süni intellekt alətini məsləhətçi deyil, təhsil vasitəsi kimi müəyyən edib.
Bu dəyişikliyin səbəbi böyük texnoloji şirkətlərin məsuliyyət və məhkəmə risklərinə istinad etməsidir
ChatGPT indi yalnız ümumi prinsipləri izah edəcək, nümunə mexanizmləri təqdim edəcək və istifadəçiləri həkimlərə, hüquqşünaslara və ya maliyyə məsləhətçilərinə yönləndirəcək.
Məlumata görə, ChatGPT artıq dərman adlarını və dozalarını təmin edə, iş faylı şablonları yarada, investisiya məsləhətləri və ya alış-satış tövsiyələri verə bilməyəcək.




















