Noyabrın 16-da Çilidə keçirilən prezident seçkilərində heç bir namizəd birinci turda qalib gəlmək üçün lazım olan 50%-dən çox səs toplaya bilməyib.
Medialive xarici mətbuata istinadən xəbər verir ki, birinci turda liderlər Kommunist Partiyasının üzvü, keçmiş əmək naziri Janet Jara və ultra-mühafizəkar Xose Antonio Cast olub.
Məlumata görə, Jara gözləniləndən aşağı səs toplayıb.
Prezident seçkilərinin birinci turunda sağ mərkəzçi Xalq Partiyasından Frank Parisi 19% səslə üçüncü, ifrat sağçı Milli Libertar Partiyasından Yohannes Kayzer dördüncü, sağ mərkəzçi koalisiya Çilidən Evelin Mattei isə Forza Horizonte! beşinci olub.
Qeyd edilir ki, bu nəticələr Xose Antonio Kasta ikinci turda üstünlük yaradacaq.
Kast seçki kampaniyasını qeyri-qanuni immiqrasiya və mütəşəkkil cinayətkarlıqla mübarizə vədləri üzərində qurub.
Çilidə prezident seçkilərinin ikinci turu dekabrın 14-nə təyin edilib.
Çilidə prezident yenidən seçilmək imkanı olmadan dörd il müddətinə seçilir.
Xatırladaq ki, 2021-ci ildə Çilidə keçirilmiş prezident seçkilərində Xose Antonio Kast və Qabriel Borik ikinci turda üz-üzə gəliblər.
İlk turdan sonra liderlik edən Kast seçkidə uduzub.
35 yaşlı Qabriel Borik Çili tarixinin ən gənc prezidenti olub.




















