Çin Aİ donuz məhsullarına 4,9%-dən 19,8%-ə qədər antidempinq rüsumları tətbiq edib.
Medialive xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu qərar uzunmüddətli araşdırmadan sonra qəbul edilib və beş il müddətində qüvvədə qalacaq.




















