Çin G7 ölkələrini bazar iqtisadiyyatı prinsiplərinə riayət etməyə və beynəlxalq ticarət nizamını pozmağa son qoymağa çağırıb.
Medialive xarici mediaya istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun keçirdiyi brifinqdə deyib.
Sözçü qeyd edib ki, Çinin milli ixraca nəzarət sistemini standartlaşdırmaq və təkmilləşdirmək səyləri beynəlxalq təcrübəyə uyğundur və dünya sülhünün və regional sabitliyin daha səmərəli təmin edilməsinə, habelə beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinə yönəlib.
Bundan öncə xarici mətbuat yazırdı ki, G7 Çinin bazardakı üstünlüyünə qarşı çıxmaq üçün mədən alyansının yaradılmasını elan edəcək.
Qeyd edək ki, oktyabrın 9-da Çin Xalq Respublikasının Ticarət Nazirliyi noyabrın 8-dən etibarən orta və ağır nadir torpaq elementləri, litium batareyaları və süni qrafit anod materialları, nadir torpaq metallarının hasilatı və emalı üçün avadanlıqlar, xammallar və ultra güclü materiallara aid bir sıra mallara ixrac nəzarəti tətbiq edəcəyini açıqlayıb.




















