Rusiya Aerokosmik Qüvvələri və Çin Hərbi Hava Qüvvələrinin birgə patrulları iki ölkənin regional sülh və sabitliyi qorumaq üçün birgə işləmək bacarığını nümayiş etdirir.
Medialive xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin sözçüsü Zhang Xiaogang brifinqdə deyib.
“Bu birgə strateji hava patrulu illik əməkdaşlıq planının bir hissəsidir və iki ölkənin regional təhlükəsizlik məsələlərini birgə həll etmək, regional sülh və sabitliyi qorumaq əzmini və bacarığını nümayiş etdirir”, – o qeyd edib.
Qeyd edək ki, cekabrın 9-da Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya Aerokosmik Qüvvələri və Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələri (PLAAF) Asiya-Sakit okean regionunda hava patrulu həyata keçirib.
Müdafiə Nazirliyi həmçinin qeyd edib ki, marşrutun müəyyən mərhələlərində strateji raket daşıyıcıları xarici qırıcıların müşayiəti ilə həyata keçirilib və missiyalar zamanı Rusiya Aerokosmik Qüvvələri və PLAAF təyyarələri ciddi şəkildə beynəlxalq hüquq normalarına uyğun hərəkət ediblər.
Nazirlik xarici hava məkanının pozulmasına yol verilmədiyini vurğulayıb.




















