Çinin “AgiBot” şirkəti tərəfindən hazırlanmış insanabənzər robot Suçjuu və Şanxay şəhərləri arasında 106 kilometr dayanmadan piyada qət edərək dünya rekorduna imza atıb.
Medialive xəbər verir ki, bu nailiyyət rəsmi olaraq Ginnesin Rekordlar Kitabına daxil edilib.
AgiBot A2 iki GPS modulu, bir lidar və infraqırmızı dərinlik sensorları ilə təchiz edilib.
Bu, robota həm gündüz, həm də gecə sabit məkan məlumatlılığını qoruyarkən çətin yol şəraitində naviqasiya etməyə imkan verir.
Qeyd edək ki, AgiBot 2023-cü ildə təsis edilib və baş ofisi Şanxayda yerləşir.
Onu da əlavə edək ki, Çində 2024-cü ilin sonuna qədər intellektual robototexnika şirkətlərinin sayı 451 mini keçəcək.
Onların ümumi nizamnamə kapitalı 6,44 trilyon yuan (təxminən 900 milyard dollar) təşkil edib. 2020-ci ilin sonundan etibarən bu rəqəm 200% artaraq bu iqtisadi sektorun sürətli artımını əks etdirir.




















