Çinin “Yanchang Petroleum” neft və yanacaq şirkəti dekabrdan fevralın ortalarına qədər Rusiyadan neft almayacaq.
Medialive Reuters-ə istinadən xəbər verir ki, şirkətin əsas obyektlərinin yerləşdiyi Şanxi şəhəri dənizə çıxışı olmayan şəhərdir.
Məlumata görə, indiyədək sözügedən şirkət adətən ayda bir partiya Rusiya nefti alıb.
Qeyd edək ki, Tramp Rusiyanın “Lukoil” və “Rosneft” neft şirkətlərinə qarşı ilk sanksiyalarını tətbiq etdikdən sonra Çin və Hindistan Rusiya neftini almaqdan imtina ediblər.




















