Danimarka Ukrayna Mədəni İrs Fonduna 1.3 milyon avro ayıracaq.
Medialive xəbər verir ki, bu barədə Krallığın Avropa İttifaqı Şurasına sədrliyinin saytında dərc olunmuş məlumatda bildirilib.
Vəsait Ukraynada binaların, abidələrin və muzeylərin bərpasına sərf olunacaq.
Noyabrın 3-də Kopenhagendə Aİ mədəniyyət nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək, burada Ukraynadan da nümayəndələr iştirak edəcək.




















