Bir sıra məktəbə elektron poçt vasitəsilə bomba təhdidləri daxil olduqdan sonra Hindistanın paytaxtı Yeni Dehlidə təhlükəsizlik qüvvələri hazırlıq vəziyyətinə gətirilib.
Medialive xəbər verir ki, təhsil müəssisələrindəki şagirdlər və işçilər təxliyə edilib.
Hadisə yerinə polis və bomba zərərsizləşdirmə mütəxəssisləri gəlib.
Kibercinayətkarlıqla mübarizə əməkdaşları təhdidlər yağdıran şəxsləri axtarır.
Xatırladaq ki, yanvar ayında hüquq-mühafizə orqanları elektron poçt vasitəsilə oxşar təhdidlər aldıqdan sonra məktəblərdə təhlükəsizliyi artırıb.




















