Deputat Tahir Mirkişilinin sosial şəbəkədə paylaşdığı video geniş müzakirələrə səbəb olub.
Medialive.az Ajans.az-a istinadən xəbər verir ki, paylaşımın şərh bölməsində bəzi istifadəçilər kadrlarda görünən mənzərənin süni intellekt vasitəsilə yaradıldığını iddia ediblər.
Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, sözügedən görüntülər süni intellekt məhsulu deyil və tamamilə realdır. Çinin KİV-nə əsasən, video 2025-ci ilin may ayında çəkilib və hadisə Çinin Quycou (Guizhou) bölgəsində baş verib.
İnternetdə sürətlə yayılan kadrlarda dron vasitəsilə çəkilmiş dağlıq ərazilər əks olunur. Görüntülərdə dağların milyonlarla günəş paneli ilə örtüldüyü, parlaq panellərin üfüqə qədər uzandığı açıq şəkildə görünür.























