• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Sosial

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Nizamnaməsi təsdiqlənib

25 İyun, 26 / 16:28
A A
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Nizamnaməsi təsdiqlənib

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Nizamnaməsi təsdiqlənib.

Medialive.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Nizamnadə qeyd olunub ki, Agentlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Agentliyin nizamnamə fondu 10 milyon 565 min 947 manat 36 qəpik təşkil edir.

Agentliyin idarəetmə orqanı İdarə Heyətidir. İdarə Heyəti Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi 5 üzvdən – əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 4 müavinindən ibarətdir.

Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, “Tibbi sığorta haqqında” qanuna əsasən daxil olan icbari tibbi sığorta vəsaitindən, fəaliyyətindən əldə olunmuş gəlirdən, kreditlərdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

– müvafiq sahənin inkişafını təmin etmək;

– müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsində iştirak etmək;

– müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

– müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi məqsədilə tədbirlər görmək, habelə innovativ ideya və təklifləri dəstəkləmək;

– əhalinin icbari tibbi sığortalanmasını həyata keçirmək və icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək;

– icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlər yaradılması, icbari tibbi sığortanın hamı üçün əlçatan olması, əhalinin sağlamlığının qorunması məqsədilə tibbi xidmətlərin keyfiyyətinin, habelə tibbi xidmətlərdən, dərman və tibb vasitələrindən istifadənin səmərəliliyinin artırılması istiqamətində tədbirlər görmək;

– strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək;

– strukturuna daxil olan tibbi qiymətləndirmə komissiyaları vasitəsilə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsini həyata keçirmək;

– əlilliyi olan şəxslərin Fərdi Reabilitasiya Proqramının tərtibi ilə bağlı çoxsahəli komissiyaların işində iştirak etmək;

Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Dövlət başçısı, həmçinin “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının icrası ilə əlaqədar bəzi fərmanlar və sərəncamlarda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Əvvəlki yazı

Azərbaycan gəmilərlə bağlı beynəlxalq konvensiyaya qoşulub

Növbəti yazı

İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatına dair Protokol təsdiqlənib

Bənzər Xəbərlər

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Sosial

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

25.İyn.26 /17:45
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi (FOTO)
Sosial

Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi (FOTO)

25.İyn.26 /17:43
Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü
Siyasət

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

25.İyn.26 /17:41
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYE
Manşet

Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYE

25.İyn.26 /17:38
Ölümündən sonra təltif edilən polkovniklər...
Hərbi

Ölümündən sonra təltif edilən polkovniklər...

25.İyn.26 /17:36
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Sosial

General rütbəsi verilən zabitlər kimdir? - Foto

25.İyn.26 /17:26
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
İlham Əliyev

Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam

25.İyn.26 /17:24
Onlara “general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
İlham Əliyev

Onlara “general-mayor” ali hərbi rütbəsi verildi - Adlar

25.İyn.26 /16:36
Azərbaycanda "İntellektual gömrük" informasiya sistemi yaradılır
İlham Əliyev

Azərbaycanda "İntellektual gömrük" informasiya sistemi yaradılır

25.İyn.26 /16:33

XƏBƏR LENTİ

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

25 İyun, 26 / 17:45
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi (FOTO)

Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi (FOTO)

25 İyun, 26 / 17:43
Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

25 İyun, 26 / 17:41
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYE

Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYE

25 İyun, 26 / 17:38
Ölümündən sonra təltif edilən polkovniklər...

Ölümündən sonra təltif edilən polkovniklər...

25 İyun, 26 / 17:36
General rütbəsi verilən zabitlər kimdir? - Foto

General rütbəsi verilən zabitlər kimdir? - Foto

25 İyun, 26 / 17:26
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam

Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam

25 İyun, 26 / 17:24
Onlara “general-mayor” ali hərbi rütbəsi verildi - Adlar

Onlara “general-mayor” ali hərbi rütbəsi verildi - Adlar

25 İyun, 26 / 16:36
Azərbaycanda "İntellektual gömrük" informasiya sistemi yaradılır

Azərbaycanda "İntellektual gömrük" informasiya sistemi yaradılır

25 İyun, 26 / 16:33
"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə" dəyişib

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə" dəyişib

25 İyun, 26 / 16:32
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ

© 2026 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2026 Medialive.az - Xəbər Portalı.