• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Manşet

DTX icra başçısını buna görə saxlayıb - Sensasion detallar

30 Oktyabr, 25 / 17:03
A A
DTX icra başçısını buna görə saxlayıb - Sensasion detallar

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin həbsi ilə bağlı yeni və sensasion faktlar üzə çıxıb.

Medialive.az Müsavat.com-a istinadən xəbər verir ki, Rzayevin 2011-ci ildə icra başçısı vəzifəsinə təyin olunmasının arxasında SOCAR-ın sabiq vitse-prezidenti, milyardlarla vəsaitə sahib oliqarx-məmur Mikayıl İsmayılov dayanıb.

Məlumata görə, Mikayıl İsmayılov İslam Rzayevin tələbə yoldaşı və eyni zamanda “qudası”dır. Məhz bu qohumluq və şəxsi əlaqə vasitəsilə Ramiz Mehdiyevlə birbaşa əlaqə qurulub və Rzayevin Balakənə icra başçısı kimi təqdimatı həyata keçirilib. Bu təyinat həmin dövrdə Mehdiyev klanının ölkə üzrə regional idarəçilik mexanizmlərində öz təsir dairəsini qorumaq üçün həyata keçirdiyi mühüm addımlardan biri sayılır.

Buradaca bildirək ki, bu şərti adı “qudalıq” olan bu əlaqələrin bütün detalları redaksiyada var; sadəcə, mövzumuz bu deyil, yaxın zamanlarda bu detalları da dərc edəcəyik.

Mikayıl İsmayılov kimdir?

Mikayıl İsmayıl oğlu İsmayılov 9 iyun 1964-cü ildə Ağsu rayonunun Çiyni kəndində anadan olub. 1980-ci illərin əvvəlində Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb, daha sonra Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında oxuyub. 1988-ci ildən Neft Daşlarında əmək fəaliyyətinə başlayıb və “Azərdənizneftinşaat” Trestində mühasib, baş mühasibin müavini, daha sonra “Xəzərdənizneftqaztikinti” Trestində baş mühasib vəzifəsində çalışıb.

1997–2003-cü illərdə “Dəniz Neft və Qazçıxarma” İstehsalat Birliyində şöbə rəisinin müavini olub. 2003–2005-ci illərdə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda iqtisadiyyat və təchizat üzrə direktor müavini kimi fəaliyyət göstərib.

2005-ci ildə SOCAR-ın vitse-prezidenti təyin olunub və bu vəzifədə 16 il – 2021-ci ilə qədər çalışıb. Bununla yanaşı, “Neftçi” İdman Klubunun idarə heyətinə rəhbərlik edib, Cüdo Federasiyasının vitse-prezidenti olub və uzun illər ərzində SOCAR-ın maliyyə və investisiya xəttinə birbaşa nəzarət edən şəxs kimi çıxış edib. Uzun illər həyata keçirdiyi talan və mənimsəmə prosesi nəticəsində milyardlarla manatla ölçülən sərvətə malikdir.

Hal-hazırda Mikayıl İsmayılov “Ekol Mühəndis Xidmətləri” QSC-nin Direktorlar Şurasının sədridir. O, həmçinin Yeni Azərbaycan Partiyasının üzvüdür. (Hakim Yeni Azərbaycan Partiyası öz sıralarını Mehdiyev klanından təmizləməlidir).

İsmayılov-Rzayev əlaqəsi və Mehdiyev klanı

Mənbələr bildirir ki, Mikayıl İsmayılov uzun illər Ramiz Mehdiyevin ən yaxın dairəsinə daxil olan məmurlardan biri olub. SOCAR-da və dövlət strukturunda topladığı nəhəng maliyyə imkanları vasitəsilə Mehdiyev klanına lojistik və maliyyə dəstək göstərib.

İslam Rzayevin Balakənə icra başçısı təyin olunması da məhz bu “klan təqdimatı” mexanizminin nəticəsi olub. Deyilənlərə görə, təyinatdan öncə Mikayıl İsmayılov Mehdiyevlə görüşərək Rzayevin etibarlı şəxs olduğunu, “həm idarəçi, həm də ailədən biri kimi” inam qazandığını bildirib. Bunun ardınca Mehdiyevin təqdimatı ilə Rzayev 2011-ci ilin mayında vəzifəyə təyin edilib.

İndi isə bu əlaqələr Mehdiyev şəbəkəsinin tam ifşasına gətirib çıxarıb.

Mənbələrə görə, İsmayılov təkcə Rzayevin deyil, Mehdiyev klanına mənsub digər məmurların da vəzifəyə gətirilməsində rol oynayıb. O, uzun illər ərzində SOCAR vasitəsilə əldə etdiyi nəhəng maliyyə resurslarını bu inzibati şəbəkənin qorunması üçün istifadə edib.

Klanın çöküş prosesi başlayıb

Hüquq-mühafizə orqanlarının son əməliyyatları Ramiz Mehdiyevin təsir dairəsindəki şəxslərin kənarlaşdırılması və dövlət strukturlarında gizli idarəetmə sisteminin dağıdılması məqsədi daşıyır. Analitiklər hesab edirlər ki, İslam Rzayevin həbsi və Mikayıl İsmayılovun adı bu prosesdə həlledici mərhələni açır.

Bu proses artıq yalnız Mehdiyev klanının deyil, onun iqtisadi dayaqlarını formalaşdıran şəxslərin də hədəfə alındığını göstərir.

Qarşıdakı günlərdə bu əlaqələrin daha geniş dairəsinin ifşası və yeni həbslərin baş verəcəyi gözlənilir.

Əvvəlki yazı

HƏMAS daha iki cəsədi İsrailə təhvil verəcək

Növbəti yazı

Finlandiya Rusiya ilə sərhəddə təlimlər keçirəcək

Bənzər Xəbərlər

Əməliyyat keçirildi - 7 nəfər saxlanıldı
Sosial

Əməliyyat keçirildi - 7 nəfər saxlanıldı

29.Apr.26 /12:47
Kredit borcu olanlara XƏBƏRDARLIQ
Sosial

Kredit borcu olanlara XƏBƏRDARLIQ

29.Apr.26 /12:38
Şahin Mustafayev Ermənistana getdi
Siyasət

Şahin Mustafayev Ermənistana getdi

29.Apr.26 /12:35
Kişi ilə getdiyi hoteldən meyiti tapıldı
Dünya

Kişi ilə getdiyi hoteldən meyiti tapıldı

29.Apr.26 /12:32
Sara Əzimovaya yeni vəzifə verildi
Sosial

Sara Əzimovaya yeni vəzifə verildi

29.Apr.26 /12:30
Prezidentin təltif etdiyi şəxs KİMDİR? - DOSYE
Sosial

Prezidentin təltif etdiyi şəxs KİMDİR? - DOSYE

29.Apr.26 /12:19
Pensiyalarla bağlı VACİB XƏBƏR
Sosial

Pensiyalarla bağlı VACİB XƏBƏR

29.Apr.26 /12:16
Hakimiyyət Xameneidən alındı – İranda XAOS başladı
Dünya

Hakimiyyət Xameneidən alındı – İranda XAOS başladı

29.Apr.26 /12:08
“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov
Sosial

“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

29.Apr.26 /12:03

XƏBƏR LENTİ

Əməliyyat keçirildi - 7 nəfər saxlanıldı

Əməliyyat keçirildi - 7 nəfər saxlanıldı

29 Aprel, 26 / 12:47
Kredit borcu olanlara XƏBƏRDARLIQ

Kredit borcu olanlara XƏBƏRDARLIQ

29 Aprel, 26 / 12:38
Şahin Mustafayev Ermənistana getdi

Şahin Mustafayev Ermənistana getdi

29 Aprel, 26 / 12:35
Kişi ilə getdiyi hoteldən meyiti tapıldı

Kişi ilə getdiyi hoteldən meyiti tapıldı

29 Aprel, 26 / 12:32
Sara Əzimovaya yeni vəzifə verildi

Sara Əzimovaya yeni vəzifə verildi

29 Aprel, 26 / 12:30
Prezidentin təltif etdiyi şəxs KİMDİR? - DOSYE

Prezidentin təltif etdiyi şəxs KİMDİR? - DOSYE

29 Aprel, 26 / 12:19
Pensiyalarla bağlı VACİB XƏBƏR

Pensiyalarla bağlı VACİB XƏBƏR

29 Aprel, 26 / 12:16
Hakimiyyət Xameneidən alındı – İranda XAOS başladı

Hakimiyyət Xameneidən alındı – İranda XAOS başladı

29 Aprel, 26 / 12:08
“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

29 Aprel, 26 / 12:03
İlham Əliyev bu sazişi təsdiq etdi

İlham Əliyev bu sazişi təsdiq etdi

28 Aprel, 26 / 14:36
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:1009271752
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.