31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi və xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş sərhədçilərin ailələri ziyarət edilmişdir.
Görüşlər zamanı şəhid ailələrinin sosial təminat məsələlərinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu xüsusi vurğulanmış, onların rifah halının yaxşılaşdırılması üçün ardıcıl və məqsədyönlü tədbirlər görüldüyü qeyd edilmişdir.
Şəhid ailələri göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmiş, dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin daim uca tutulmasından qürur duyduqlarını bildirmişlər.





















